“Neftçi”nin Hacıyevlə neçə illik müqavilə imzaladığı bəlli oldu

“Bakı” ilə yollarını ayıran Rəhman Hacıyevin yeni klubu rəsmən bəlli olub. Allsport.az xəbər verir ki, gənc hücumçunun karyerasını “Neftçi”də davam etdirəcəyi dəqiqləşib.

Bundan öncə qapıçı Aqil Məmmədov və hücumçu Rauf Əliyevlə müqavilə bağlayan paytaxt klubu Hacıyevlə də münasibətlərini rəsmiləşdirib. Artıq müqavilənin təfərrüatları da məlumdur. 22 yaşlı yarımmüdafiəçi ilə 3.5 illik müqavilə başlanılıb.

Qeyd edək ki, Rəhman Hacıyev cari mövsümün ilk dövrəsini Türkiyənin “Qaziantep BB” klubunda keçirib. Müqavilə ilə “Bakı”ya məxsus olan futbolçu bir neçə gün öncə öz cibindən təzminat ödəyərək, azad agent statusu almışdı.

Həmin kateqoriyadan