- Baxış sayı: 31
- 23 Mart 2026 22:29
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Niderland kral futbol ittifaqı (KNVB) və “Nayk” şirkəti milli komandanın 2026-cı il dünya çempionatında geyinəcəyi yeni köynəkləri ictimaiyyətə təqdim edib.
Allsport.az xəbər verir ki, yığmanın əsas (ev) geyimi ənənəvi narıncı rəngin daha parlaq və müasir çalarlarında hazırlanıb. Səfər dəsti isə ağ rəngdə tərtib olunub.
Niderlandlı futbolçular yeni ev köynəyini ilk dəfə martın 27-də Norveçlə keçiriləcək yoldaşlıq görüşündə geyinəcəklər. Yenilənmiş səfər dəstinin debütü isə martın 31-də Ekvadorla matçda baş tutacaq.

