- Baxış sayı: 25
- 24 Noyabr 2024 21:49
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Latviyanın paytaxtı Riqada UEFA GROW konfransı və mükafatlandırma mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə AFFA-nı marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyev və brend menecer Yeganə Abbaszadə təmsil edib.
Toplantının ilk günü UEFA-nın 55 milli assosiasiyası ilə tərəfdaşlıq proqramı olan UEFA GROW proqramının “Gələcəyin Futbol Federasiyaları” strategiyasının təqdimatı edilib və bu mövzuda fikir mübadiləsi aparılıb. Növbəti gün isə UEFA-nın ənənəvi mükafatlandırma mərasimi keçirilib. AFFA-nın rəqəmsal marketinq layihələri kateqoriyası üzrə təqdim etdiyi “Niyə də yox?!” layihəsi xüsusi mukafata layiq görülüb.
UEFA GROW mükafatlandırma mərasimi hər 2 ildən bir təşkil edilir və müvafiq dövr ərzində 55 milli assosiasiyanın 5 müxtəlif kateqoriya üzrə layihələri qiymətləndirilir. Artıq üçüncü dəfədir ki, keçirilən mükafatlandırma mərasimində rekord sayda – 160 layihə üzrə qiymətləndirilmə aparılıb və qaliblər təyin edilib.