- Baxış sayı: 42
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
29-30 avqustda Varşavada “Polish Open” başa çatıb. Allsport.az saytı xəbər verir ki, G1 kateqoriyalı beynəlxalq turnirinə geniş heyətlə qatılan ustalardan ibarət millimiz 1 qızıl, 2 bürünc medala yiyələnib; Milad Beigi Hərçəqanı (80 kq) 1-ci, Sina Bəhrami (63 kq) və Səid Quliyev (74 kq) 3-cü olublar.
Gənclərimiz 13 mükafat qazanıblar: İlham Əliyev (45 kq), İlayda Qardələn Çiftci (46 kq), Qaşim Məhəmmədov (51 kq), Fizam Mehtiyev (55 kq), Zəlimxan Rəşidov (63 kq), Darya Şkurko (68+ kq) qızıl, Cavid Məmmədov (45 kq), Gülsüm Gültəkin (59 kq), Kamil Abdurazakov (63 kq) gümüş, Əliəskər Əliyev (68 kq), Əli Məmmədov (55 kq), Zarema Şamxalova (44 kq), Cərən Özbək (49 kq) bürünc medala sahib çıxıblar.
Milli komandalarımız Polşaya kişilərdən ibarət yığma komandanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov, gənclərdən ibarət millinin baş məşqçisi Mamed Abdullayev, böyük məşqçi Zahid Məmmədov və məşqçi müəllim Vurğun Cəfərovun rəhbərliyi ilə yollanmıblar. Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə olub. Hakim qismində ölkəmizi ATF-in hakimlər komitəsinin sədri Elşən Quliyev təmsil edib.
Komanda hesabında gənclərdən ibarət millimiz 1-ci yeri tutub.