- Baxış sayı: 59
- 26 Noyabr 2024 12:46
- Baxış sayı: 34
- Noyabr 26, 2024
- 0
İdman hər bir millətin sağlam gələcəyə malik olması baxımından çox vacib bir amildir. Gəncərin məhz bədən tərbiyəsi ilə məşğul olması, onları arzuolunmaz yollardan çəkindirə bilər. Azərbaycanda əhalinin kütləvi bədən tərbiyəsi ilə məşğulluğu ciddi diqqət mərkəzindədir. Bu məqsədlə yeni klublar yaradılır, uşaqlar və yeniyetmələr ora cəlb olunur; kütləvilik yaranır və şaxalənir. Bunlardan biri Ağcabədi rayonunda istifadəyə verilən “Boz qurd” taekvondo klubudur. İdman ocağı – məşqçi Əli Əliyevin təşəbbüsü ilə yaradılıb və dahi bəstəkar Üzeyir Hacıbəyovun adını daşıyan prospektə yerləşir.
Təməl sağlam və möhkəm olduğundan, uğurları gözləmək üçün çox vaxt lazım olmayıb. Bu il gənc çalışdırıcının 4 tələbəsi müxtəlif yaş qrupları üzrə milli tağımlarda yer alıblar. Yeniyetmə qızların ölkə birinciliyində Fatimə Zeynalova (37 kq) 1-ci olub. Gənclərin ölkə birinciliyində Bahar İbrahimova (63 kq) qızıl, Firəngül Abbaszadə (42 kq) gümüş medal qazanıb.
Adı ilk çəkilən taekvondoçu ölkə kubokunda da eyni nəticəni göstərib. Digəri isə, məktəblilərin respublika çempionatında 44 kq-da baş mükafata yiyələnib. Firəngül Abbaszadə, “Umid” və “Alpman” beynəlxalq yarışında 42 kq-da qızıl medala sahiblənib. Yeniyetmələrdə Nigar Şükürova (29 kq) 2-ci olub.
Uşaqlarda Uğur Kərimov (44 kq) və Cümşüd Əmrahlı (48 kq) 1-ci yer tutub. “Umid” və “Alpman” beynəlxalq turnirlərində yeniyetmə oğlanlarda Davud Məhərrəmov (45 kq) gümüş, gənclərdə Müzəffər Soltanov (78+) bürünc medal qazanıb.
Əli Əliyev allsport.az saytına açıqlamasında deyib ki, ötən il onun rəhbərlik etdiyi komanda “Koreya səfirinin kuboku”na yiyələnib. Bu mövsüm uşaqların ölkə birinciliyində də baş mükafata sahib çıxıblar. Gənclərdə respublika çempionatının 2-ci yer kuboku da Ağcabədidədir.