- Baxış sayı: 187
- 16 Mart 2026 10:00
- Baxış sayı: 15
- Mart 26, 2026
- 0

Millimizin Ukraynalı əsilli karateçisi İrina Zaretska, Rusiya və Ukrayna arasında başlanan hərbi münaqişə barədə fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o bu haqda öz İnstaqram hesabında paylaşım edib:
“Rusiya hücumlarına və Ukraynanı bombalamağa davam edir. Bu, müharibədir. Sadəcə, silahlarını götürüb vətənimizə gəliblər. Ukrayna bu müharibədə tək qalıb. Amma bilirəm ki, biz güclüyük”.
25 yaşlı legionçumuz Tokio-2020 yay olimpiya oyunlarının gümüş mükafatçı, 2-qat dünya və 2-qat Avropa çempionu, Bakı-2015 1-ci qitə oyunlarının qalibidir.