- Baxış sayı: 187
- 16 Mart 2026 10:00
- Baxış sayı: 14
- Mart 26, 2026
- 0

Bakı idman sarayında “Olimpiya ümidləri-2022” beynəlxalq karate turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Küveyt, Qazaxıstan, Özbəkistan, Litva, ABŞ-dan 6-13 yaş arası 450-dək idmançı iştirak edib.
Tədbirin idarə edilməsində iştirakçı ölkələrdən beynəlxlaq hakimlər qatılıb. Qonaq komandaların rəsmilərinə Azərbaycanın ilk karate klublarından olan “Qaraqaplan”ın yaradılmasının 30-illik yubileyi münasibətilə xatirə medalları təqdim edilib.
Yarışdan bir gün əvvəl tanınmış Azərbaycan karateçiləri Rafael Ağayev və İrina Zaretskanın rəhbərliyi ilə seminar keçirilib. Uşaqlar arasında “Olimpiya ümidləri-2022” Avropa karate federasiyasının təqvim planına daxil olunub.