- Baxış sayı: 73
- 01 Fevral 2026 15:32
- Baxış sayı: 114
- Fevral 06, 2026
- 0

Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayıb.
Allsport.az xəbər verir ki, “Şüa” idman kompleksində keçirilən yarışda paytaxt idmançıları ilə yanaşı digər şəhər və rayonların stolüstü tennisçiləri 4 gün ərzində qüvvələrini sınayacaqlar.
Gənclər və idman nazirliyi ilə Azərbaycan stolüstü tennis federasiyasının birgə təşkil etdiyi budəfəki çempionatda da komanda, şəxsi, qoşa və qarışıq qoşa mübarizədə qalib və mükafatçılar müəyyənləşəcək. Nəticələrə əsasən seçmə komandanın heyətinə cəlb olunacaq idmançılar beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Azərbaycan çempionatına mayın 17-də yekun vurulacaq.