Ölkə birinciliyi Quba keçiriləcək

İyunun 27-dən 29-dək Quba olimpiya idman kompleksində stolüstü tennis üzrə ölkə birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 2012-ci il və daha kiçik təvəllüdlülər bacarıqlarını göstərəcəklər.

3 gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparacaq. İştirakçılar şəxsi, qoşa və qarışıq qoşa növlərində qüvvələrini sınayacaqlar.

Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara gənclər və idman nazirliyinin diplom və medalları, həmçinin, stolüstü tennis federasiyasının hədiyyələri təqdim olunacaq.

Həmin kateqoriyadan