- Baxış sayı: 35
- 18 Noyabr 2024 20:21
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub. Allsport.az xəbər verir ki, Quba olimpiya idman kompleksində 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar bacarıqlarını göstəriblər.
Üç gün davam edən yarışda paytaxt Bakı ilə yanaşı Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.
Nəticələrə əsasən, şəxsi yarışlarda Xədicə Babazadə ilə Vaqif Babayev ölkə çempionu olub. Qoşa mübarizədən Sofiya Trofimenko – Xədicə Babazadə tandemi ilə Vaqif Babayev – Zərbah Muradov cütü qalib ayrılıb.
Qarışıq qoşa növündə isə Vaqif Babayevlə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəlib. Fəxri kürsüyə qalxan idmançılara Azərbaycan gənclər və idman nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan stolüstü tennis federasiyasının hədiyyələri təqdim olunub.