Ölkə çempionatı başladı

Bu gün stolüstü tennis üzrə ölkə birinciliyinin startı verilib. Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi və Azərbaycan stolüstü tennis dederasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 13 yaşadək idmançılar bacarıqlarını göstərirlər. Kütləviliyi ilə seşilən birincilikdə paytaxt təmsilçiləri ilə yanaşı müxtəlif şəhər və rayonların seçmə komandaları, idman klubları, idman məktəblərindən 100-ədək stolüstü tennisçi mübarizəyə qatılıb. “Şüa” idman kompleksində şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən ölkə birinciliyinə mayın 31-də yekun vurulacaq.

Həmin kateqoriyadan