Ölkə çempionatı başlayıb

Gənclər və idman nazirliyi və Azərbaycan atletika federasiyasının təşkilatçılığı ilə qapalı məkanda Azərbaycan çempionatına start verilib. Allsport.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan atletika federasiyasının baş katibi Məhərrəm Sultanzadə və gənclər və idman nazirliyinin sektor müdiri Sevda Mirzəyeva yarışın dünya atletikasının qlobal təqvim platformasında yer aldığını qeyd edərək dünya çempionatı və Balkan çempionatına seçim üçün önəmli rol oynadığını bildiriblər. Bakı atletika mərkəzində keçirilən ölkə çempionatında Bakı, Gəncə, Bərdə, İsmayıllı, Gədəbəy, Xızı və Ordubadı təmsil edən 160-a yaxın atlet mübarizə aparır. 2 gün davam edəcək yarışın proqramına üçtəkanla tullanma, uzunluğa tullanma, hündürlüyətullanma, nüvə itələmə, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4×200 m estafet qaçış növləri daxildir. 

İlk yarış gününün qalibləri

60 metr məsafəyə qaçış

1. Əlhəm Nağıyev

2. Həmid Nəbiyev

3. Novruz Əsədli

60 metr məsafəyə qaçış

1. Lamiyə Vəliyeva

2. Safiya Kərimova

3. Səlma Ağabəyova

400 metr məsafəyə qaçış

1. Nihat Tağıyev

2. Cavid Abdullayev 

3. Kamran Məmmədov

400 metr məsafəyə qaçış

1. İlahə Quliyeva 

2. Gülçin Nağıyeva

3. Nila Heydərova

1500 metr məsafəyə qaçış

1. Bəxtiyar Əsgərli

2. Namiq Babayev

3. Loğman İsrafilli

1500 metr məsafəyə qaçış

1. Azəri Məmmədli

2. Elina Yusupova

3. Arzu Məmmədbəyova

Üç təkanla tullanma

1. Rüstəm Məmmədov

2. Ramil İsmayılov

3. Raul Nəsibov

Üç təkanla tullanma

1. Yekaterina Sariyeva

Hündürlüyə tullanma

1. Bülbül Babayev 

2.Vladislav Tarusov

3. Şamxal Həsənzadə

Hündürlüyə tullanma

1. Zəhra Bayramova

2. Zeynəb Qəmbərova

Həmin kateqoriyadan