- Baxış sayı: 59
- 03 Dekabr 2025 14:58
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Şüa” idman kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir.
Allsport.az xəbər verir ki, artıq komanda yarışlarında qalib və mükafatçılar məlumdur. Kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb. “Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutub. Qadınların yarışından “Sumqayıt-1” komandası qalib ayrılıb. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıb. Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər. Yarışa mayın 17-də yekun vurulacaq.