- Baxış sayı: 69
- 15 Mart 2026 11:10
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

“Şüa” idman kompleksində yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 2004-2007-ci il təvəllüdlü qızların şəxsi mübarizəsindən Ləman Abdulhəmidova, oğlanların yarışından isə Kənan Pənahov qalib ayrılıb.
2008-ci il və kiçik yaşlılar arasında keçirilən yarışda Arzu Aslanova bütün rəqiblərinə qalib gəlib. Oğlanlardan Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
2004-2007-ci il təvəllüdlü idmançıların qoşa yarışında Zemfira Mikayılova – Ləman Abdulhəmidova dueti ilə Hacımurad Məmmədbəyov – Tahir Qubadov tandemi qələbə qazanıb.
2008-ci il və kiçik təvəllüdlü tennisçilərin qoşa turnirində qızlardan Arzu Aslanova ilə Mərziyyə Nurmətova, oğlanlardan Adil Əhmədzadə ilə Rüstəm Hacılı ölkə kubokuna sahib çıxıb.
Qarışıq qoşa turnirində 2004-2007-ci il təvvəllüdlülərdən Kənan Pənahovla Ləman Abdulhəmidova, 2008 və kiçik təvəllüdlülərdən isə Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qələbə çalıb.
Fərqlənən idmançılara AGİN-in diplomları və ASTF-nin medal və qiymətli hədiyyələri təqdim olunub.