- Baxış sayı: 72
- 01 Oktyabr 2024 13:54
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Rəbiyyə Orucova CAR-ın Port Elizabet şəhərində keçirilən “İsuzu İronman” beynəlxalq turnirində uğurla çıxış edib. Allsport.az saytı xəbər verir ki, o, 3,8 km üzgüçülük, 180 km velosiped, 42 km qaçış da daxil olmaqla tam “dəmir məsafəni” 12 saat 18 dəqiqə 21 saniyəyə qət edib.
İdmançımız öz yaş kateqoriyasında (35-39 yaş arası idmançılar) 18-ci nəticə göstərərək, qadınların təsnifatında 91-ci, turnirdə 617 iştirakçı arasında 435-ci olub.
Rəbiyyə “Triterra”nın nümayəndəsidir. Onun məşqçisi Aleksandr Mordasovdır. Bakı triatlon klubunu 2017-ci ildə Rüfət və Yusif Həsənov qardaşları tərəfindən yaradılıb. Məqsəd Azərbaycanda həvəskar idmanı inkişaf etdirmək və “Dəmir adamlar” yetişdirməkdir.