- Baxış sayı: 62
- 03 Dekabr 2025 14:58
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Stolüstü tennisçi Onur Quluzadə Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində bürünc mükafat qazanıb.
Allsport.az xəbər verir ki, U-17 kateqoriyasında yarışan Onur inamlı oyun sayəsində yarımfinala yüksəlsə də bu mərhələdə dünya birinciliyinin mükafatçısı Benyamin Faraciyə (İran) 2:3 hesabı ilə uduzaraq üçüncü yerlə kifayətlənib.
Onur Quluzadə ilə Yağmur Məmmədli sabah U-15 kateqoriyasının qarışıq-qoşa mübarizəsində final görüşunə çıxacaq. Nevşəhərdə keçirilən yarışa fevralın 15-də yekun vurulacaq.