- Baxış sayı: 43
- 04 Aprel 2025 17:46
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
Gürcüstanın paytaxtında stolüstü tennisçilərin turniri davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün millimiz 2 yaş qrupunda mübarizə aparıb.
11 yaşlılarda Onur Quluzadə 3-cü yer tutub. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn idmançımız, 1/4 final səddini də adlasa da, yarımfinalda uduzub.
15 yaşlılarda qrup mərhələsini arxada qoyan Adil Əhmədzadə də, bu gün mükafatlar uğrunda yarışacaq.
Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov 1/16 finalda mübarizəni dayandırıb.
Tiflisdə təşkil olunan yarışa 18 ölkə qatılıb.