- Baxış sayı: 69
- 15 Mart 2026 11:10
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Yeniyetmə stolüstü tennisçilərimiz Sloveniyanın Otocec şəhərində təşkil olunan “İstedad axtarışı” düşərgəsində uğurla çıxış ediblər. Allsport.az saytı xəbər verir ki, toplanışlarının final mərhələsində millinin baş məşqçisi Mixail Timofeyevlə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarığını göstəriblər.
Sloveniya sınaqlarında da etimadı doğruldan adları ilk 2 çəkilən idmançılarımız qitənin ən istedadlı tennisçiləri sırasında yer alaraq, Avropa stolüstü tennis federasiyasının gələn il üçün nəzərdə tutulan toplanışlarına qatılmaq hüququ qazanıblar.