- Baxış sayı: 36
- 18 Noyabr 2024 20:21
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Yeniyetmə stolüstü tennisçilər Onur Quluzadə və Yağmur Məmmədli Fransa toplanışına qatılacaqlar. Allsport.az saytı xəbər verir ki, seçmənin üzvləri bu gün baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Strasburqa yola düşüblər.
İdmançılarımız avqustun 15-dən 22-dək Avropanın ən istedadlı stolüstü tennisçilərinin dəvət aldığı düşərgədə olacaqlar. Onur və Yağmur bu toplanışın ardınca avqustun 23-də Fransanın Şiltiqheym şəhərində “Kiçik Avropa düşərgəsi” yarışında bacarığını göstərəcəklər.
Xatırladaq ki, hər iki idmançı iyulun 25-dən avqustun 12-dək Çinin Şanxay şəhərinin stolüstü tennis mərkəzində hazırlığa qatılmışdı.