- Baxış sayı: 36
- 17 Noyabr 2024 11:07
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Para-taekvondo idman növü üzrə milli komandamızın aprelin 22-dən mayın 4-dək Qubada təlim-məşq toplanışı olacaq.
Allsport.az xəbər verir ki, mayda Serbiyada keçiriləcək Avropa çempionatına hazırlıq məqsədilə təşkil olunan toplanışa 6 idmançı cəlb edilib.
Baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi təlim-məşq toplanışında Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq), Amin Şıxəliyev (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Orxan Cəfərov (+80 kq) iştirak edirlər.