- Baxış sayı: 39
- 23 Mart 2026 19:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Bu gün Tehranda parataekvondo üzrə dünya taekvondosunun prezidentinin kuboku keçirilib.
Allsport.az xəbər verir ki, yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında qüvvəsini sınayan Azərbaycan milli komandası 3 medal qazanıb.
Yığmanın heyətində İmaməddin Xəlilov (70 kq) gümüş mükafata sahib olub. Sabir Zeynalovla (58 kq) Şahmar Quliyev (+80 kq) isə bürünc medala yiyələnib.
Parataekvondoçularımız K-44 kateqoriyasında mübarizə aparıb.