- Baxış sayı: 40
- 23 Mart 2026 19:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Türkiyənin Samsun şəhərində taekvondoçular arasında beynəlxalq qran-pri turniri davam edir. Allsport.az saytı xəbər verir ki, Yaşar Doğu İdman Zalında təşkil olunan yarış olimpiya çəkiləri üzrə keçirilir və Rio-2016-ya lisenziya xalları verir.
Bu gün mübarizəyə daha bir təmsilçimiz qoşulub. Patimat Abakarova (49 kq) ilk döyüşdə ispaniyalı Brigit Enrike ilə qarşılaşıb. Bakı-2015-in qalibi pireneyli rəqibinə 4:6 hesabı ilə uduzaraq, çıxışını erkən dayandırıb.
Dünən Radik İsayev (+80) və Fəridə Əzizova (67 kq) dayanqı məğlub tərk etmişdilər. Sabah bizdən sonuncu taekvondoçumuz Ayxan Tağızadə (68 kq) bəxtini sınayacaq.