- Baxış sayı: 178
- 15 Dekabr 2025 19:47
- Baxış sayı: 184
- Dekabr 19, 2025
- 0


Gənclər və idman nazirliyi, Azərbaycan atletika federasiyası və “Zəfər” qaçış klubunun təşkilatçılığı ilə “Prezident kuboku” uğrunda qaçış yarışı keçirilib.
Allsport.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qürurla irəli” şüarı altında keçirilən yarış bu ilin “İdman paytaxtı” Qəbələdə təşkil olunub.
Heydər Əliyev parkından start götürən iştirakçılar Laza kəndi istiqamətində hərəkət edərək geriyə qayıtmaqla yüksəklik yığımı 264 metr olan 12 km məsafəni qət ediblər. Ümumilikdə, 100-ə yaxın atletin mübarizə apardığı yarışda kişilər arasında Əmrah Nağıyev 43 dəqiqə 56 saniyə göstərici ilə “Prezident kuboku”nun qalibi olub. Seymur Hüseynov 2-ci, Faqət Quliyev isə 3-cü yeri tutub. Qadınların mübarizəsində Anna Yusupova 48 dəqiqə 30 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayaraq baş mükafata sahib çıxıb. Leyla Abdinova 2-ci, Yuliya Belkova isə 3-cü nəticə göstərib. Yarışda həmçinin müxtəlif yaş kateqoriyaları üzrə qaliblər müəyyənləşib.