- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını başa vurub, vətənə qayıdan “Qəbələ” hazırlıqlarını bərpa edib. Allsport.az xəbər verir ki, ölkəyə qayıtdıqdan sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gələrək ilk məşqinə çıxıb.
Topaz Premyer Liqasının 19-cu turunun “Bakı” ilə oyununun hazırlığına başlayan Roman Qriqorçukun yetirmələri günü səhər məşqi ilə tamamlayıb. Paytaxtda baş tutan məşq prosesində toplu çalışmalar və fiziki hazırlığa üstünlük verilib. Məşqdə yalnız zədəli Pavol Farkaş iştirak etməyib.
Sabah “Qəbələ” oyunöncəsi son məşqini keçirəcək. Hazırlıqlar oyunun baş tutacağı “Bakı” klubunun təlim-məşq bazasında keçiriləcək. Məşq prosesi oyunun başlayacağı vaxtda – saat 14:00-da başlayacaq.
Qeyd edək ki, fevralın 1-də keçiriləcək “Bakı” – “Qəbələ” oyunu saat 14:00-da başlayacaq.