- Baxış sayı: 60
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da başlayan matçda “qırmızı-qaralar” Macarıstan çempionatının yüksək liqasında mübarizə aparan “Haladaş”la qarşılaşıb.
Oyun Roman Qriqorçukun komandasının qələbəsiylə başa çatıb. Qəbələlilər hər hissədə bir qola seviniblər.
Qeyd edək ki, “Qəbələ” bundan əvvəlki yoxlama oyunlarında Hollandiyanın PSV klubunun ikinci komandası ilə (0:0), Türkiyənin “Əskişəhərspor” (1:3) və “Adanaspor” (3:2), Ukraynanın “Vorskla” (2:1) və Rusiyanın “Kuban” (0:2) klubları ilə qarşılaşıb.
Yoxlama oyunu
25 yanvar
“Qəbələ” – “Haladaş” – 2:0 (1:0)