- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qəbələ” İdman Klubu yarımmüdafiəçi Markinyoş Karioka ilə yollarını ayırıb. Allsport.az xəbər verir ki, 2014-2015 mövsümünün startından “qırmızı-qara” formanı geyinən futbolçunun bu komandanın heyətindəki yarımillik karyerası başa çatıb.
2014-cü ilin yayında transfer olunan 23 yaşlı braziliyalı legioner mövsümün ilk yarısında komandanın heyətində 13 oyun keçirib. Ötən ilin avqustun 23-də keçirilən Topaz Premyer Liqasının III turunun “Bakı” ilə oyununda (2:0) “Qəbələ” formasında debüt edən Markinyoş 12 çempionat oyununda 700 dəqiqə meydanda olub, 1 qol və 1 sarı vərəqə ilə diqqət çəkib. O, XII turun noyabrın 20-də keçirilən AZAL-la oyununda (3:3) yeganə qolunu vurub. Braziliyalı futbolçu 55 dəqiqə meydanda olduğu 1 kubok oyununun iştirakçısı olub. Dekabrın 18-də “Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) isə Markinyoşun “Qəbələ”də son matçı olub.
“Qəbələ” İdman Klubu Markinyoş Kariokaya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.