“Qəbələ” Türkiyəyə yollandı

Antalyada təlim-məşq toplanışı keçəcək “Qəbələ” bu gün səhər saatlarında Türkiyəyə yola düşüb. Allsport.az xəbər verir ki, yanvarın 29-dək qardaş ölkədə qalacaq komanda orada 7 yoxlama görüşü keçirməyi planlaşdırır.

Qeyd edək ki, Roman Qriqorçukun komandası Türkiyədə ilk yoxlama matçını yanvarın 10-da keçirəcək. “Qırmızı-qaralar” həmin gün PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcək.

Ayın 17-də “Qəbələ” iki görüşdə qüvvəsini sınayacaq. Komanda əvvəlcə hələlik adı məlum olmayan Qazaxıstan klublarından biri ilə qarşılaşacaq. Həmin gün “Qəbələ”nin digər rəqibi “Vorskla” (Poltava, Ukrayna) klubu olacaq. “Qəbələ” bundan əlavə yanvarın 22, 25 və 29-da da sınaq matçlarına çıxacaq. Bu qarşılaşmalardakı rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.

Həmin kateqoriyadan