- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Mövsümün ikinci yarısı öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Allsport.az xəbər verir ki, bunadək Rəşad Sadiqov və Aleksey Qayla müqavilə imzalayan “qırmızı-qaralar” bu dəfə yeni qapıçı ilə gücünə güc qatıb.
“Qəbələ” ukraynalı qolkiper Dmitri Bezotosnını rənglərinə bağlayıb. Antalya toplanışı zamanı komandaya qoşulan çərçivə qoruyucusu ilə 6 aylıq müqavilə imzalanıb. Bezotosnı artıq “qırmızı-qaralar”la ilk məşqə də çıxıb.
15 noyabr 1983-cü ildə Ukraynada anadan olan Bezotosnı karyerası boyunca “Tovtrı” (2000), “Dnepr-3” (2001), “Saturn-REN TV” (2002-2004), “Metallurq-2” (Zaparojye, 2004-2007), “Metallurq” (Zaparojye, 2007-2011) və “Çenomorets” (2011-2014) klublarında əlcək geyinib. Əsasən Ukrayna klublarının şərəfini qoruyan qapıçı yalnız 2002-2004-cü illəri vətəndən kənarda – Rusiyada keçirib.
192 sm boya, 83 kq çəkiyə malikdir.