- Baxış sayı: 35
- 23 Mart 2026 22:29
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, Ruan Renatonun yubileyi Azərbaycan kubokunun 1/4 finalına təsadüf edib. 28 yaşlı braziliyalı müdafiəçi “Qarabağ”la səfərdə baş tutan ilk matçda (2:2) meydana çıxıb.
2021-ci ilin yayında transfer olunan futbolçu, “Qəbələ”də keçirdiyi 50 görüşdə 2 qol vurub. O, premyer liqada 41 (2 qol), Azərbaycan kubokunda 7, konfrans liqasında 2 dəfə meydana çıxıb.
Renato “Qəbələ”də 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfər oyununda debüt edib. Həmin qarşılaşma 2:2 hesabı ilə başa çatıb.