- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, Qazaxıstanın “Tobol” və Almaniyanın “Freyberq” klubları ilə görüşən Luis Araqonun komandası bu dəfə Afrika təmsilçisi ilə üz-üzə gəlib. Belə ki, “qırmızı-qaralar” Qananın “Liberti” klubunun əvəzedici heyəti ilə qarşılaşıb.
“Qəbələ”nin əvvəlki oyunlarında olduğu kimi, bu dəfə də qarşılaşmada iki qol vurulub. Belə ki, “Qəbələ” Antalya toplanışında ikinci məğlubiyyətini 2 cavabsız qol buraxmaqla alıb – 0:2. Antalyadakı ilk oyununda eyni hesabla “Tobol”a uduzan əvəzedicilər Qana klubuna da həmin nəticə ilə məğlub olub.
Almaniyanın aşağı dəstə təmsilçisi “Freyberq”lə qarşılaşmada isə tərəflərdən hərəsi bir qol vurmuşdu – 1:1.