Futbolçumuz oyun zamanı namaz qıldı, Türkiyədə diqqət mərkəzinə düşdü

Dünən Türkiyənin “Əskişəhərspor” klubu ilə qarşılaşan “Qəbələ”nin oyunçusu türkiyəli həmkarlarımızın diqqət mərkəzinə düşüb. Allsport.az xəbər veri ki, buna həmyerlimizin oyunun gedişi zamanı stadionda namaz qılması səbəb olub.

Belə ki, bölgə təmsilçisinin gənc oyunçusu Tellur Mütəllimov qarşılaşmanın sonlarında stadionun kənarında namaz qılıb. O, həmin vaxt ehtiyat oyunçular skamyasında yer alıbmış. Türkiyəli həmkarlarımız həmin məqamı belə şərh ediblər:

“Qarşılaşma zamanı ehtiyat oyunçular skamyasında yer alan “Qəbələ”nin azərbaycanlı futbolçusu Tellur Mütəllimovun meydanın kənarında namaz qılması diqqəti çəkdi. Oyunun son dəqiqələrində meydana çıxan futbolçu öncə namazını qıldı, sonra formasını tərlətdi”.

Həmin kateqoriyadan