- Baxış sayı: 37
- 14 Aprel 2025 10:00
- Baxış sayı: 83
- Aprel 14, 2025
- 0
Milli karate federasiyasının təlim-məşq bazasında müxtəlif yaşlı qızların iştirakı ilə beynəlxalq seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi ilə məşğələyə 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşlı gənclər, böyüklər, eləcə də Çex Respublikası və Yunanıstandan idmançılar qatılıblar. 16-17 və 18-21 yaşlı gənclərdə qadınların böyük məşqçisi Seymur Xudaverdiyev seminarda asistentlik edib.
Son ölkə çempionatının mükafatçıları da seminara qatılmaqla 1 həftə davam edən xüsusi təlimlərdə tanınmış məşqçilərin təcrübəsindən yararlanıb. Federasiya prezidenti Yaşar Bəşirov, seminar iştirakçıları ilə görüşdə milli komandalar və perspektivli idmançılar üçün belə təlim-məşqlərin mütəmadi təşkil ediləcəyini bildirib.