- Baxış sayı: 43
- 06 Fevral 2026 10:40
- Baxış sayı: 224
- Fevral 04, 2026
- 0

“Qafqaz” taekvondo klubunun Zirə qəsəbəsində fəaliyyət göstərən bölməsində dərəcə seminarı keçirilib. Allsport.az saytı xəbər verir ki, məşqçi Əliheybət İskəndərovun yetirmələrindən ümumilikdə 31 idmançı (23 sarı və 8 sarı yaşıl xətt) dərəcə imtahanı verib.
Sınaqdan uğurla keçənlərə klubunun baş məşçisi Sənan Həşimov tərəfindən sertfikat və kəmər təqdim olunub.
Bölmə Zirə qəsəbisində 216 və 324 saylı orta məktəbdə artıq 6 aya yaxındır fəalliyət göstərir və 120-dən çox idmançı taekvondonun sirlərinə yiyələnirlər.