- Baxış sayı: 37
- 23 Mart 2026 22:29
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Türkiyənin “Qalatasaray” və Ukraynanın “Dinamo” (Kiyev) komandaları “Sülh üçün matç” şüarı ilə xeyriyyə oyununda üz-üzə gəliblər.
Allsport.az saytı xəbər verir ki, İstanbulda, Əli Sami Yen idman kompleksində yerləşən “Nef stadionu”nda keçirilən görüşdə Ukrayna təmsilçisi 3:1 qalib gəlib.
Qarşılaşmadan öncə Ukraynada müharibədə dünyasını dəyişən insanların xatirəsi 1-dəqiqəlik sükutla yad olunub.