Qara Qarayev – İlin futbolçusu

“Futbol+” qəzetinin ənənəvi ümummilli sorğusunda “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev 201 xalla “İlin futbolçusu” seçilib. Allsport.az saytı xəbər verir ki, klubun qapıçısı Şahruddin Məhəmmədəliyev 196 xalla 2-ci pillədə qərarlaşıb.

Sorğuda 147 respondent iştirak edib. Bunlar yığma məşqçiləri, klub məşqçiləri və kapitanlar, mütəxəssislər, hakimlər, hakim-inspektorlar, AFFA nümayəndələri, jurnalistlər, futbol agentləri və sorğunun əvvəlki qalibləridir. Qara Qarayev bu haqda öz fikirlərini bölüşüb:

“Belə bir mükafata məni layiq görüb səs verən hər kəsə təşəkkür edirəm. 2020-ci il ölkəmiz üçün çox vacib bir il oldu. Torpaqlarımız işğaldan azad edildi. İlin ən yaxşısı isə cəbhədə vuruşan, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən və vuruşan əsgərlərimizdir”.

Həmin kateqoriyadan