“Qarabağ” “Legiya” ilə oyun öncəsi son məşqə çıxdı

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Allsport.az xəbər verir ki, hazırlığın növbəti günündə komandanın proramında 1 məşq vardı.

Futbolçular ənənəvi olaraq səhər məşqinə yerli vaxtla 11:00-da yollanıblar. Çalışma 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından komanda üzvləri iki qrupa bölünərək baş məşqçi Qurban Qurbanovun tapşırıqlarını futbol oynamaqla həyata keçiriblər.

Qeyd edək ki, “Qarabağ” sabah növbəti yoxlama oyununa çıxacaq. Rəqib Polşa təmsilçisi “Legiya” olacaq. Oyun Bakı vaxtıyla 16:00-da start götürəcək.

Həmin kateqoriyadan