YENİLƏNİB
“Qarabağ” “Legiya” üzərində qələbəyə sevindi

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, Qurban Qurbanovun komandası Polşa təmsilçisi “Legiya” ilə münasibətlərinə aydınlıq gətirib.

Oyun Ağdam klubunun qələbəsi ilə başa çatıb. Reynaldo və Cavidin vurduğu qollar polşalıları məğlub etmək üçün yetərli olub.

Qeyd edək ki, “Qarabağ” bundan öncəki yoxlama oyunlarında Xorvatiya “Split”i (1:3), İsveçrə “Sürix”i (1:1) və Bolqarıstan “Levski”si (0:3) ilə qarşılaşmışdı.

Yoxlama oyunu
27 yanvar

“Qarabağ” – “Legiya” – 2:0 (0:0)
Qollar: Reynaldo, 67 (1:0), Cavid Tağıyev, 82 (2:0).

“Qarabağ”ın start heyəti: Qara Qarayev, Maksim Medvedev, Reynaldo Silva, Muarem Muarem, İbrahim Şehic, Rəşad Sadıqov, Vüqar Nadirov, Riçard Almeyda, Ansi Aqolli, Leroy Corc, Bədavi Hüseynov.

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Tərlan Quliyev, Hacı Əhmədov, Namiq Yusifov, Danilo Dias, Ağaseyid Qasımov, Elçin İsmayılov, İlqar Qurbanov, Fuad Məmmədzadə, Tural Rzayev, Tural İsgəndərov, Admir Teli, Ruslan Hacıyev, Şəhriyar Əliyev, Cavid Tagıyev, Namiq Ələsgərov.

 

Həmin kateqoriyadan