“Qarabağ qaziləri” futbol komandası Ankarada “Türk Silahlı Qüvvələri” ilə yoldaşlıq görüşü keçirib

“Türk Silahlı Qüvvtləri” ilə “Qarabağ qaziləri” amputant futbol federasiyasının əlillərdən ibarət komandaları yoldaşlıq görüşü keçirib. Allsport.az saytı xəbər verir ki, bu gün döyüşçülərimiz paytaxta dönüb. Fedarasiyanın rəhbəri Rövşən Akif oğlu və qazilər fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər. Sonra şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsidə yad olunub.

Ankarada “Altundağ” stadionunda keçirilən oyundan əvvəlçə Türkiyənin gənclər və idman naziri Məhməd Məhərrəm Qəssaboğlu hər 2 komanda ilə görüşüb. Oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb. Səfər çərçivəsində “Qarabağ qaziləri” Heydər Əliyevin Ankaradakı abidəsini və Türkiyə cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni də ziyarət ediblər.

Həmin kateqoriyadan