- Baxış sayı: 57
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0
Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ”ın 6 yoxlama oyununa çıxacağını xəbər vermişdik. Allsport.az xəbər verir ki, Ağdam klubunun ilk yoxlama oyunu yanvarın 17-də Xorvatiya təmsilçisi “RNK Split”lə olacaq.
Oyunun məkanı və başlama saatı dəqiqləşib. Saat 17:00-da start götürəcək qarşılaşma Bələk bölgəsindəki “Papilyon” otelinə məxsus futbol meydançasında baş tutacaq.
21 yanvarda baş tutacaq “Sürix”lə qarşılaşma isə 17:30-da ağdamlıların məskunlaşdığı “İC Santai” otelinin futbol meydançasında keçiriləcək.
“Qarabağ”ın yoxlama oyunlarının proqramı belədir:
17 Yanvar – RNK Split (Xorvatiya)
21 Yanvar – Sürix (İsveçrə)
24 Yanvar – Levski (Bolqarıstan)
27 Yanvar – Legiya (Polşa)
29 Yanvar – Mordoviya (Rusiya)
31 Yanvar – Targu Mures (Ruminiya)