“Qarabağ” tərəflər konfransında hansı təkliflə çıxış edib?

“Qarabağ” – Bakıda keçirilən BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasında (COP-29) futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib. Allsport.az saytı xəbər verir ki, toplantıya Ağdam komandasının prezidenti Tahir Gözəl qatılıb.

Bu təşəbbüs COP-29 sədrliyi və BMT-nin idman və iqlim dəyişikliyi üzrə departamenti (YUNFCCC) tərəfindən dəstəklənib. Tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq.

Dünyanın, xüsusilə Avropanın iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində tanınmış və təcrübəli futbol klubları “Qarabağ”ın dəvətini qəbul edərək, bu əhəmiyyətli toplantıda iştiraklarını təsdiqləyiblər.

Həmin kateqoriyadan

azenrutr