- Baxış sayı: 32
- 21 Yanvar 2025 11:29
- Baxış sayı: 169
- Yanvar 19, 2025
- 0
Son ölkə çempionu “Qarabağ” hələ də istirahətdədir. Allsport.az xəbər verir ki, Premyer Liqanın qış fasiləsinə lider kimi yollanan komanda 2015-in hazırlıqlarına hər zaman olduğu kimi Antalyada başlayacaq.
Ağdamlılar yanvarın 10-da yığışacaq və təlim-məşq toplanışı üçün qardaş ölkəyə yollanacaq. Fevralın 1-nə qədər Antalyanın Bələk bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq “Qarabağ” bu müddətdə 6 yoxlama oyunu keçirməyi planlaşdırır.
“Qarabağ”ın yoxlama oyunlarının proqramı belədir:
17 yanvar – “Split” (Xorvatiya)
21 yanvar – “Sürix” (İsveçrə)
24 yanvar – “Levski” (Bolqarıstan)
27 yanvar – “Legiya” (Polşa)
29 yanvar – “Mordoviya” (Rusiya)
31 yanvar – “Targu Mures” (Ruminiya)