Qarabağda zəfərin ildönümünə Bakı şəhər birinciliyi və çempionatı keçiriləcək

25-26 sentyabrda milli karate federasiyası və Azərbaycan karate təşkilatının birgə təşkilatçılığı ilə Qarabağ müharibəsində zəfərin ildönümünə həsr edilimiş karate üzrə Bakı şəhər birinciliyi və çempionatı keçiriləcək. 

Allsport.az saytı xəbər verir ki, “ASK arena” stadionunun mini futbol meydançasında açıq havada kata və kumite üzrə fərdi yarışlar 8-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında olacaq.

Qalib və mükafatçılara BŞGİBİ, AMKF və AKT tərəfindən müvafiq diplom, medal və kuboklar təqdim ediləcək.

Açılış mərasimi 25 sentyabrda saat 17:00-a planlaşdırılıb. 

Həmin kateqoriyadan