- Baxış sayı: 36
- 18 Noyabr 2024 20:21
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
İyunun 11-dən 24-dək Tatarıstanın paytaxtı Qazanda “BRİCS idman oyunları” keçiriləcək. Allsport.az saytı xəbər verir ki, beynəlxalq multi-idman tədbirində Azərbaycanı 11 idman növü üzrə 97 idmançı təmsil edəcək. Onlardan 8-i stolüstü tennisçidir. İdmançılarımız bu gün türk yurduna yola düşüblər.
Məşqçilər Mixail Timofeyev və Ramil Cəfərovun rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Rüstəm Hacılı və Adil Əhmədzadə Kazan sınaqlarında bacarığını göstərəcək.
Beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da bu yarışda ölkəmizi təmsil edəcək. İyunun 13-də start veriləcək stolüstü tennis yarışlarına iyunun 16-da yekun vurulacaq.