- Baxış sayı: 80
- 02 Oktyabr 2024 16:07
- Baxış sayı: 72
- Oktyabr 17, 2024
- 0
Ağırlıqqaldıranımız çox sevincək olduğundan, fəxri kürsüyə öz ölkəsinin bayrağı ilə çıxmağı unudub
Türkiyənin Antalya şəhərində kişi və qadın ağırlıqqaldıranlar arasında İslam Həmrəyliyi İdman Federasiyalarının 3-cü çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, xanımların yarışında Azərbaycanı təmsil edən Elnarə Abbasova ona bəslənən etimadı doğruldub.
“Qazax-Zirvə” İdman Klubunun nümayəndəsi 63 kq çəki dərəcəsində mübarizə aparıb. O, toplamda 167 kq (77+90) nəticə göstərərək gümüş medala yiyələnib.
Şəkildən belə aydın olur ki, idmançımız çox sevincək olduğundan, Türkiyə və Özbəkistandan olan həmkarlarından fərqli, fəxri kürsüyə öz ölkəsinin bayrağı ilə çıxmağı unudub.