- Baxış sayı: 39
- 06 Fevral 2026 10:40
- Baxış sayı: 220
- Fevral 04, 2026
- 0

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçuların Avropa birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisi daha 4 mükafat qazanıb.
Yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərovun rəhbərliyi ilə İlyas Hətəmli (37 kq), Vasif Səlimov (53 kq) 1-ci, Elcan Əliyev (65 kq) 2-ci və Fuad Məhərləmli (45 kq) 3-cü yer tutublar.
Ümumilikdə 3 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnən seçməmiz, son 15 ilin rekordunu təkrarlayıb. Millimiz 8 medalla həm oğlanların, həm də ümumu komanda hesabında qitənin 3-cüsü olub.