Qran-pri turniri öncəsi taekvondoçuların baş məşqçiləri üçün iclas keçirilib

Bu gün taekvondoçuların qran-pri turnirinin final mərhələsində iştirak edəcək komandaların baş məşqçilərinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, ATF-in vitse-prezidenti Nağı Səfərov toplantı iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb.

Yarışın supervayzerlərindən Filipp Bouedo və Dünya Taekvondo Federasiyasının baş hakimi Şakir Çelbat və çıxışları zamanı yarış qaydaları haqda məlumat verərək, turnirin köhnə qaydalar əsasında baş tutacağını vurğulayıb.

Qeyd edək ki, mükafat yarışı 9-10 dekabrda Bakıda təşkil olunacaq. Yarışda 47 ölkənin 128 taekvondoçusu mübarizə aparacaq.

Həmin kateqoriyadan