- Baxış sayı: 37
- 20 Noyabr 2024 16:57
- Baxış sayı: 94
- Noyabr 19, 2024
- 0
Noyabrın 18-də “İdman paytaxtı” Qubada III idman festivalına start verilib.
Allsport.az xəbər verir ki, olimpiya idman kompleksində baş tutan festivalın ilk günündə idmançılar üçün vokal, aktyorluq, rəqs dərsləri təşkil edilib. İştirakçılar dərslərdə həm oxuyub, həm də rəqs etməklə maraqlı vaxt keçiriblər. Aktyorluq dərsində isə iştirakçılar jestlər, yeriş, ixtisasın digər incəliklərini öyrəniblər.
“Gimnastika hamı üçün” məşğələsində isə idmançılar “idman səfiri” Aliyə Paşayeva ilə birlikdə müxtəlif musiqili isinmə hərəkətlərini yerinə yetiriblər. Eyni zamanda hərbi-vətənpərvərlik hazırlığı, ilkin tibbi yardım təlimləri idmançılarda böyük maraq yaradıb.
Gün ərzində idmançılar üçün maraqlı və əyləncəli viktorinalar təşkil olunub. Oyunlarda iştirakçılar həm biliklərini sınayıb, həm də əyləniblər.
Tədbirdə 23 idman növü üzrə 100 idmançı (13-15 yaşlı), 34 məşqçi iştirak edir.
Festivala noyabrın 24-də yekun vurulacaq.