- Baxış sayı: 31
- 23 Mart 2026 22:29
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə liqa kubokunu ən çox qazanan mütəxəssis kimi tarixə düşüb.
Allsport.az xəbər verir ki, martın 22-də keçirilən final matçında “şəhərlilər” “Arsenal”a qalib gələrək turnirin çempionu olublar.
Bu, ispaniyalı mütəxəssisin karyerasında qazandığı 5-ci liqa kuboku tituludur. Bununla da Qvardiola hərəyə 4 qələbəsi olan Brayan Klaf, Aleks Ferqüson və Joze Mourinyonu geridə qoyaraq mütləq rekordçuya çevrilib.