- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
İslam həmrəyliyi oyunlarının taekvondo yarışı mayın 16-18-də Bakı İdman Sarayında keçiriləcək. Allsport.az saytı xəbər verir ki, rəqabətədə 40-dək ölkənin milli komandasının iştirakı təsdiqlənib. Ustalardan ibarət yığmamızın böyük məşqçisi Rəşad Əhmədov Bakı-2017-yə hazırlıqla bağlı Azərtac-a müsahibə verib.
Gənc mütəxəssis deyib ki, ümumilikdə 300-ə yaxın kişi və qadın taekvondoçununİslam həmrəyliyi oyunlarında iştirak etməsi təsdiqlənib və bu say getdikcə artır: Dünya Taekvando Federasiyasının yarış cədvəlinə uyğun olaraq, fevralda Türkiyədəki turnirdən sonra yığma komanda martda Niderlandda və Belçikada keçiriləcək beynəlxalq yarışlardan birinə qatılmağı planlaşdırır.
Həmin turnirlərdə yüksək nəticə göstərən idmançılar ilin ən mühüm yarışında – İslam həmrəyliyi oyunlarında iştirak edəcəklər. Biz məşqçilər çalışacağıq ki, Bakı-2017-də Azərbaycanı ən güclü idmançılarımız təmsil etsin. Bu oyunlardan sonra ilin ən vacib yarışlarından biri iyunda Koreya Respublikasında keçiriləcək taekvando üzrə dünya çempionatı olacaq.
Taekvondo yarışlarında yeni qaydalarla bağlı danışan Rəşad Əhmədov bunu deyib: “İdmanın bu növündə xalların hesablanması, məşqçilərin döyüş vaxtı kart çıxarması ilə bağlı bəzi dəyişikliklər edilib. Yeni qaydalarla bağlı federasiyanın baş hakimi ilə birgə iclas keçirmişik və idmançılarımız bu barədə məlumatlandırılıb. Türkiyədəki turnirdə yığma komandamızın üzvləri qaydalara edilən dəyişikliklərlə tanış olacaqlar. Bu qaydaların Azərbaycan idmançılarının xeyrinə olacağını düşünürəm”.