- Baxış sayı: 62
- 14 Aprel 2025 21:32
- Baxış sayı: 75
- Aprel 24, 2025
- 0
Taekvondoçulardan ibarət milli komandanın aparıcı üzvülərindən olan Ramin Əzizov (80 kq) bu mövsüm qarşısına daha ciddi məqsəd qoyub. Allsport.az saytın verdiyi açıqlamasında titullu idmançı deyib ki, o, ilk öncə qran-pri turnirlərində fərqlənmək niyyətindədir:
«Hədəflərim çoxdur. Əvvəlcə, reytinq xarakterli yarışlarda xallarımın sayını artırmalıyam. Sonra yığma komanda öz sözünü 12-18 mayda Rusiyanın Çelyabnsk şəhərində keçiriləcək dünya çempionatında deməlidir. Düzdür, buna qədər hələ bizi 25-29 martda Nalçikdə təşkil olunacaq Avropa ən güclülərinin yarışı gözləyir. Amma əsas hədəf dünya çempionatıdır».
London Olimpiadasının iştirakçısı onu da bildirib ki, Çelyabnskdə qarşısına qoyduğu məqsəd, fəxri kürsünün yüksək pilllərinə çıxmaqdır: «Dünya çempionatında bürünc medal qazanmışam. Artıq böyük yarışlarda yüksək əyarlı medalların qazanmağın vaxtıdır».
Ramin Əzizov əlavə edib ki, iyunda bütün diqqət Bakı-2015-ə yönələcək. Mövsümündə ən başlıca tapşırıq «dördillik»də zirvəyə yetişməkdir: «ilk Avropa Oyunları ölkəmizdə keçiriləcəyindən, burada uğurlu çıxış etməliyik. Mən də digər həmkarlarım kimi, Bakı-2015-də qızıl medal qazanmaq istəyirəm».